<

Peskovdan Ərdoğanın təklifinə münasibət

15:09 - 19 Yanvar 2022

Peskovdan Ərdoğanın təklifinə münasibət

“Ukrayna ilə vəziyyətin nizamlanmasına kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq”.

Manşet.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenskini danışıqlar üçün Türkiyəyə dəvət etməsini şərh edərkən deyib.

“Rusiya və Ukrayna arasında əsas fikir ayrılığı Minsk razılaşmalarının yerinə yetirilməsi prosesinin Kiyev tərəfindən ləngidilməsi ilə bağlıdır. Əgər türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir edə bilsələr və onları əvvəllər üzərlərinə götürülmüş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, alqışlanası haldır”, - deyə Peskov söyləyib.

Xatırladaq ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin