Malayziya xarici işlər naziri müavininin Azərbaycana səfər tarixi bəlli oldu

14:32 - 19 Yanvar 2022

Malayziya xarici işlər naziri müavininin Azərbaycana səfər tarixi bəlli oldu

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər Azərbaycana yanvarın 21-də gələcək.

Manşet.az  xəbər verir ki, bu barədə Malayziyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Üçgünlük işgüzar səfəri çərçivəsində qonağın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin