Tağıyevin heykəlinə bu şəxslər zərər vurub - Rəsmi

13:05 - 19 Yanvar 2022

Tağıyevin heykəlinə bu şəxslər zərər vurub - Rəsmi

Xəbər verildiyi kimi dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar. 

DİN Mətbuat Xidmətindən Manşet.az-a bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb. 

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


 


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin