<

Bakının bu ünvanında 11 bina sökülür - Sakinlərə 2 il 350 AZN kirayə haqqı ödənəcək - VİDEO

11:41 - 19 Yanvar 2022

Bakının bu ünvanında 11 bina sökülür - Sakinlərə 2 il 350 AZN kirayə haqqı ödənəcək - VİDEO

Xəbər verdiyimiz kimi, Nizami rayonu ərazisində yaşayışa tam yararsız olan 11 bina sökülür. Yararsız binalaradan biri də Rüstəm Rüstəmov 88-98 ünvanında yerləşən binadır.

 

Manset.az xəbər verir ki, "ARB TV" binanın son vəziyyəti ilə bağlı bina sakinləri ilə görüşərək söhbətləşib. Sakinlər evlərdə istilik sistemi olmadığını və binaların yaşayışa yararlı olmadığını bildiriblər. 1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Sakinlərə daşınma pulu ödəniləcək. Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin