<

Vilayət Eyvazov işdən çıxardığı generalı yeni yüksək vəzifəyə TƏYİN ETDİ

10:34 - 19 Yanvar 2022

Vilayət Eyvazov işdən çıxardığı generalı yeni yüksək vəzifəyə TƏYİN ETDİ

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.


Manset.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin