Bakıda son oyun keçiriləcək

09:25 - 3 İyul 2021

Bakıda son oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Manset.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb.

Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Avropa çempionatı
1/4 final

20:00. Çexiya - Danimarka

Baş hakim: Byorn Kuypers (Niderland)

Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə

Baş hakim: Feliks Brix (Almaniya)

Roma. "Olimpiko" stadionu

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin