ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa tələsmir

08:36 - 3 İyul 2021

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa tələsmir

“Mətbuatda yayılan xəbərlərə baxmayaraq, ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması yaxın bir neçə gündə yekunlaşmayacaq”.

Manset.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu Amerika lideri Cozef Bayden bəyan edib.

“Biz tam olaraq cədvələ uyğun hərəkət edirik, hazırda planlaşdırdığımız nöqtədəyik. Bütün hallarda ABŞ hərbçilərinin bir qismi bu ölkədə (Əfqanıstan - Red) qalacaq”- deyə Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ səfirliyini və Kabildəki beynəlxalq hava limanını qorumaq üçün mindən az amerikalı hərbçi Əfqanıstanda qalacaq.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin