Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM
22 Noyabr 2024
08:21 - 3 İyul 2021
İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin 1/4 finalında İsveçrəyə qalib gəldikləri matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 1:3) haqqında danışıb.
Manset.az UEFA-nın saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
"Bu karyeramdakı ən rahat penalti seriyalarından biri idi. Çünki düzgün hazırlaşmışdıq, məşqdə hər şeyin üzərində işləmişdik. Lap əvvəldən demişdim ki, biz 7 və ya 8 favorit komanda arasındayıq. Bu, mübaliğə deyil. Turnirin qalibi ola bilərik. İndi isə mübarizəni davam etdirən 4 komandadan biriyik".
Qeyd edək ki, İspaniya yarımfinalda hazırda davam edən Belçika - İtaliya görüşünün qalibi ilə üz-üzə gələcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin