"Qarabağ" rəsmiləri Fransada - SƏBƏB

13:46 - 18 Yanvar 2022

"Qarabağ" rəsmiləri Fransa çempionatının 21- turunun "Marsel" - "Lill" matçını (1:1) stadiondan izləyiblər.

 

Klubun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, səfərdə baş menecer Asif Əsgərov, menecer Fərid Ağayev və video-analitik məşqçi Yanuş Vasilyev iştirak ediblər. Səfərdə iştirakının əsas məqsədinin təşkilatı məsələlər olduğu bildirilib. Vasilyev isə rəqibin oyununu izləyib və baş məşqçiyə məlumat verib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. AgdAğdam klubu ilk matçını  fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin