Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
12:08 - 18 Yanvar 2022
Yanvarın 24-ü işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qiymətlər bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla belədir:
- Bakı-Şuşa-Bakı - 10.40 AZN
- Bakı-Ağdam-Bakı - 9.40 AZN
- Əhmədbəyli-Şuşa -Əhmədbəyli - 7 AZN
- Bərdə-Ağdam-Bərdə - 5 AZN
- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - Füzuli Beynəlxalq Hava Limanı - 6 AZN
Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.
Anar Rzayev qeyd edib ki, artıq bununla bağlı sınaq təşkil edilib. İri tutumlu avtobuslar olacaq. Şuşa istiqamətində isə xüsusi əyləc tipi olan avtobuslar seçilib.
Qalib şirkət seçilib və müqavilə bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin