Məşhur futbolçu "Real"da oynamaq istəmir

00:46 - 18 Yanvar 2022

Məşhur futbolçu

"Real"ın hücumçusu Eden Hazard karyerasını Madrid klubunda davam etdirmək istəmir .

 

Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı oyunçu qış transfer pəncərəsində başqa kluba gedəcəyini gözləyir. "Real" da Hazardı saxlamaq fikrində deyil. Daha əvvəl Madrid klubunun onu "Çelsi"nin müdafiəçisi Ris Ceymsə dəyişdirə biləcəyi bildirilirdi.

Xatırladaq ki, Hazard 2019-cu ildə Madrid təmsilçisinə keçib. Belçikalı futbolçu bu mövsüm La Liqada 13 oyuna çıxıb və 1 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin