<

Bu önəmli şəxslərin də əmək haqları ARTIRILDI

00:16 - 18 Yanvar 2022 - CƏMİYYƏT

Azərbaycanda professor, elmlər doktoru, dosent və fəlsəfə doktorlarına ödənilən əlavələr artırılıb.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd: Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,70 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 7,20 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 9,40 manat, geyimsiz naturada isə 15,50 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.


Loading...

Xəbər xətti

25 May 2022