BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı

23:09 - 17 Yanvar 2022

BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı

Dünya İqtisadi Forumu (WEF) zamanı BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

"Biz hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunu artırmaqla növbəti pandemiyaya hazırlaşmalıyıq”, - deyə Quterreş videomüraciətində bildirib.

O qeyd edib ki, mövcud COVID-19 pandemiyası ilə də ədalətli və bərabər səviyyədə mübarizə aparılmalıdır.

Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-nin, bu ilin ortasında isə 70%-nin peyvənd olunması strategiyanı açıqlamışdı. Lakin dünya bu hədəflərdən hələ çox uzaqdadır.

"Bu utancvericidir. Lakin yüksək gəlirli ölkələrdə vaksinasiya göstəriciləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir”, - deyən BMT sədri peyvəndlərin paylanmasında ədalətli olmağa çağırıb.

Baş katib qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün vaksinlərin tədarükünü prioritetləşdirməli, texnologiyaları paylaşmalı və bütün dünyada testlərin, peyvəndlərin və müalicə vasitələrinin yerli istehsalını dəstəkləməlidir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin