Əfqanıstanda zəlzələ 12 nəfərin həyatına son qoydu

22:11 - 17 Yanvar 2022

Əfqanıstanda zəlzələ 12 nəfərin həyatına son qoydu

Bazar ertəsi Əfqanıstanın şimal-qərbində baş verən zəlzələ nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Manşet.az xəbər verir ki, “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bir neçə evə ziyan dəyib. Hakimiyyət qurbanların sayının arta biləcəyini istisna etmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, 5,6 bal gücündə zəlzələlərin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 154 km şimal-şərqdə yerləşib.

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin