<

Evdən çıxan 6 koronavirus xəstəsi saxlanıldı

20:13 - 17 Yanvar 2022

Evdən çıxan 6 koronavirus xəstəsi saxlanıldı

Yanvarın 15-16-da polis əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Manşet.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin