“Omikron”un yeni mutasiyası ortaya ÇIXDI

20:01 - 17 Yanvar 2022

“Omikron”un yeni mutasiyası ortaya ÇIXDI

İsveçin Uppsala Universiteti Xəstəxanasında koronavirusun “Omikron” variantının yeni mutasiyası aşkarlanıb.

Manşet.az xəbər verir ki, yeni alt variant cümə günü üç nəfər xəstədə müəyyənləşdirilib və BA.2. adı verilib.

Hələlik bu mutasiya haqqında məlumat azdır, onun nə qədər təhlükəli və yaxud yoluxucu olması bəlli deyil.

Yeni mutasiyanın Hindistanın Kəlküttə şəhərində xeyli yayıldığı, habelə Danimarka və Norveçdə aşkarlandığı bildirilir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin