Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

18:51 - 17 Yanvar 2022

Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.

Manşet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin