Bakıda itkin düşən 21 yaşlı qızdan XƏBƏR VAR

18:43 - 17 Yanvar 2022

Bakıda itkin düşən 21 yaşlı qızdan XƏBƏR VAR

Bakıda itkin düşən 21 yaşlı qız tapılıb.

Manşet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, P.Məmmədova ötən ilin dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin