Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

18:41 - 17 Yanvar 2022

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8 529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 267, ötən müddət ərzində isə ümumilikdə 6 010 761 test aparılıb.

Bizim Facebook səhifəmizə abunə olun


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin