Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
23 Noyabr 2024
07:23 - 3 İyul 2021
ABŞ Ordusu ölkənin Hərbi Hava Qüvvələrinə LRSO adlı nüvə başlığı daşıya bilən uzun mənzilli qanadlı raketlər istehsal etməsi üçün “Raytheon Technologies” şirkəti ilə müqavilə imzalayıb.
Manset.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin ümumi qiymətinin 2 milyard dollar olduğu bildirilir. Arizona ştatında istehsal ediləcək raketlərin 2027-ci ilin fevral ayında təhvil verilməsi nəzərdə tutulub.
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ ordusu 1000 ədəd bu raketlərdən almağı planlaşdırır.
Yeni raketlər ilk dəfə 1982-ci ildə istifadəyə verilən qanadlı raketləri əvəz edəcək. Yeni silahların B-52 və B-21 bombardmançı təyyarələrində daşınacağı bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin