<

Bakıda avtobus minik avtomobili ilə toqquşdu - Xəsarət alan var

17:14 - 17 Yanvar 2022 - HADİSƏ

Bakının Yasamal rayonunun Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Manset.az xəbər verir ku, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


Loading...

Xəbər xətti

18 May 2022