Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda yenidən qüvvəyə mindi

09:10 - 17 Yanvar 2022

Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda yenidən qüvvəyə mindi

Türkiyədə təyyarə ilə şəhərlərarası səyahətdə yenidən PCR testi məcburiyyəti gətirilib.

 

Manset.az Trend.az-a istinadən bildirir ki, təyyarə ilə ölkə daxilində reyslərdə peyvənd olunmayan və ya peyvənd prosesini tamamlamayan, 180 gün ərzində COVID-19 keçirməmiş şəxslərdən PCR testi tələb olunacaq.

Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin valilərə göndərdiyi yeni təlimatda əksini tapıb.

Ölkə üzrə PCR testi tələbi kino, teatr, konsert və əhalinin sıx toplaşdığı bu kimi tədbirlərə şamil olunmur.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin