61 yaşlı kişi velosipeddən yıxılaraq öldü

20:27 - 16 Yanvar 2022

61 yaşlı kişi velosipeddən yıxılaraq öldü

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi  ölüb.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki ,hadisə rayonun Yeni Suvagil kəndində  baş verib.

Belə ki, Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq cərrahiyyə əməliyyatına qaldırılan M. Pirimov həkimlərin səyinə baxmayaraq  əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin