Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
19 Aprel 2024
11:27 - 16 Yanvar 2022
Türkiyəli iş adamı, "TV8" telekanalının sahibi Acun Ilıcalı qızlarının olduğu cip qəzaya düşüb.
Manset.az "Axşam.az"a istinadən xəbər verir ki, hadisə Boluda Kartalkaya xizək mərkəzindən qayıdan yolda baş verib. Lüks avtomobilin sürücüsü buz bağlayan yolda idarə etməni itirib və cip meşəlik əraziyə aşıb.
Maşında olan sürücü və sərnişinlər - Leyla ilə Yasemin Ilıcalı xəsarət almadan xilas olub. Ağaclara çırpılaraq dayanan nəqliyyat vasitəsi isə yararsız hala düşüb.
Bildirilib ki, hadisə onlar istirahətdən geri qayıdarkən olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin