Azərbaycanda polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTO

10:12 - 16 Yanvar 2022

Azərbaycanda polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTO

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Manset.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin