FİFA "Qarabağ"ın rəqibini cəzalandırdı

20:32 - 15 Yanvar 2022

FİFA

FİFA Ağdamın "Qarabağ” komandasının UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın "Marsel” klubunu cəzalandırıb.

Manşet.az xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. İyirmi üç yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərənin "Uotford” klubundan "Marsel”ə keçib.

Qeyd edək ki, "Qarabağ” klubu "Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin