"Qalatasaray" ərəblərin "əlinə keçir" - İDDİA

22:32 - 14 Yanvar 2022

"Qalatasaray" klubuyla bağlı yeni iddia ortaya çıxıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda sahibi qətərli iş adamı olan "City Group Football" şirkətinə satıla bilər. Belə ki, sözügedən kompaniya "cim-bom"u himayəsinə almaq və Avropada nüfuzunu daha da artırmaq istəyir.

Məlumata görə, "Qalatasaray"ın yeni baş məşqçisi Domenek Torrent bu layihənin ilk fiqurudur.

Qeyd edək ki, Super Liqa klubunun hazırkı prezidenti Burak Elmasdır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin