“Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi - FOTOLAR

17:55 - 14 Yanvar 2022

“Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi - FOTOLAR

Bakı şəhər Baş Polis İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonu Biləcəri qəsəbəsində 314 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə çıxış edən BŞBPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi  polis polkovniki İbrahim İsmayılov  həmçinin  polis polkovnik-leytenantı Kamalə Ələkbərova  narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib.

Tədbirdə həmçinin narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb.

Şagirdlərin gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib.

Diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ilə bağlı şagirdlərin ünvanladığı suallar cavablandırılıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin