Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM

16:58 - 14 Yanvar 2022 - MƏDƏNİYYƏT - ŞOU

"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır”.
 
Manşet.az 
bildirir ki, bunu Xalq artisti Brilliant Dadaşova bağçada azyaşlıya şiddət tətbiq edən tərbiyəçi ilə bağlı danışarkən deyib. İfaçı tərbiyəçidən şikayətçi olmayan valideynləri qınayıb.

"Zülfiyyə Baxışova adlı "canavar" tərbiyəsiz "tərbiyəçi" mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun" , - deyə müğənni əlavə edib.
 
Xatırladaq ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

sfera.az


Loading...

Xəbər xətti

20 Yanvar 2022