Bülent Ersoya çətir tutan hərbçi vəzifəsindən azad olundu

15:49 - 14 Yanvar 2022

Bülent Ersoya çətir tutan hərbçi vəzifəsindən azad olundu

Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun Anıtkabir ziyarəti zamanı ona çətir tutan Antikabir komandanı, həmçinin taqım komandanı vəzifələrindən azad olunublar.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

B.Ersoy isə açıqlamasında hərbçidən onun üçün çətir tutmasını xahiş etmədiyini deyib: “Kimsə mənə çətir versin, araba versin demədim. Arabanı zatən özüm gətirmişdim. Çətir tutulmasına gərək də yoxdur. Zatən ondan belə bir tələbim də olmadı. Çünki başımda papağım var idi. Mən istəməsəm, görməsəm də çətir tutublar. Nə olacaq, nə var bunda?”.

Qeyd edək ki, sözügedən görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olmuş, izləyicilər müğənnini tənqid atəşinə tutmuşdu.

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin