Putin Çinə gedir

15:36 - 14 Yanvar 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək.

Manşet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Putin Olimpiya Oyunlarının açılışı günü Pekinə səfər edəcək.

Putin elə həmin gün Çin Prezidenti Si Cinpinlə danışıqlar aparacaq.

Bununla yanaşı, Sergey Lavrov çinli həmkarı Van İ ilə fevralın 3-ü görüşəcək.


Loading...

Xəbər xətti

20 Yanvar 2022