Azərbaycanda hemodializ xəstələrinin sayı AÇIQLANDI

15:08 - 14 Yanvar 2022

Azərbaycanda hemodializ xəstələrinin sayı AÇIQLANDI

"Azərbaycanda 4 minə yaxın hemodializ xəstələri var".

Manşet.az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər COVID-19-a yoluxanda fəsadlar baş verir: "Vaxtında tədbirlər görüləndə müəyyən fəsadların qarşısını almaq mümkündür. Bu xəstələrdə sağlam insanlara nisbətən daha çox fəsadlar yaranır. Böyrək çatışmazlığı olmayan şəxslərdə isə koronavirusa yoluxma zamanı keçici də olsa, böyrək problemlərinin yaşandığını gördük”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin