Bağça tərbiyəçisini çəkən tələbə kollecdən qovulub? - AÇIQLAMA/FOTO

15:06 - 14 Yanvar 2022

Bağça tərbiyəçisini çəkən tələbə kollecdən qovulub? - AÇIQLAMA/FOTO

Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videogörüntünü çəkən tələbənin təhsil aldığı kollecdən qovulduğu bildirilir.

Manşet.az xəbər verir ki, bu brədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Qeyd olunub ki, döyülən azyaşlının atası qız oxuyan kollecin direktor müavinidir və o, qohumunu biabır etdiyi üçün tələbəni qovub.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tələbənin qovulması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir.

ölkə.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin