Aysunun gizlətdiyi sevgilisinin fotoları ortaya ÇIXDI

15:03 - 14 Yanvar 2022

Aysunun gizlətdiyi sevgilisinin fotoları ortaya ÇIXDI

26 yanvarda nişanlanmağa hazırlaşan müğənni Aysun İsmayılovanın sevgilisinin fotoları ortaya çıxıb.

Manşet.az xəbər verir ki.  Aysunun hər kəsdən gizlətdiyi adı "E" hərfi ilə başlayan şəxsin şəkilləri əldə edilib.

Kimliyi hələ də KİV-ə açıqlanmayan bəyin soyadı Cabbarovdur.

Qeyd edək ki, doğum günündə sevgilisini üzüklə qarşısında görən Aysun "Həyatımın ən özəl günü oldu. Həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər sənə "hə" deyirəm. Çox xoşbəxtdəm, ruh əkizim, yaxşı ki, varımsan. 2022-ci ilin ilk günündən mənə çox uğurlu gəldin, təşəkkür edirəm. Subaylığın daşını atdım, bütün subaylara qismət olsun" sözlərini yazmışdı.

O, sevgilisinin kimliyi və görüntüsünü ictimaiyyətdən gizlətməyə çalışır.

Aysunun gizlətdiyi sevgilisinin fotoları ortaya çıxdıAysunun gizlətdiyi sevgilisinin fotoları ortaya çıxdı

olay.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin