Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları gələn ay alacaqlar

12:21 - 14 Yanvar 2022

Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları gələn ay alacaqlar

"Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq”.

Manset.az  xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

Sədr müavini xadırladıb ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur: "Yanvarla-fevralın artımı adətən fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimal pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin