FHN əməliyyat görüntülərini yaydı - VİDEO

11:03 - 14 Yanvar 2022

FHN əməliyyat görüntülərini yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən Qusar rayonunda “LADA” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin