Bağçada uşağa şiddət göstərən qadın CƏZALANDIRILDI

10:53 - 14 Yanvar 2022

Bağçada uşağa şiddət göstərən qadın CƏZALANDIRILDI

Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı edilən şiddətin yayılan görüntüləri müzakirələrə səbəb olub.

 

Manset.az xəbər verir ki, hadisə İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Azərbaycanda azyaşlı uşağa qarşı vəhşilik edən "tərbiyəçi"nin adı Zülfiyyə Baxışovadır.

Qeyd edək ki, sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şiddət görən uşaq həmin "tərbiyəçi"nin qohumudur. Hadisə 3 gün əvvəl baş verib və həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.

Sosial şəbəkələrdə də qeyd edilib ki, uşağa şiddət göstərən qadın onun valideyninin xalasıdır.

Bu səbəbdən valideyn şikayətçi deyil.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin