Bağçada azyaşlıya şiddət göstərən təbiyəçi kimdir? - Polis onu təhqiqata cəlb etdi (VİDEO)

10:14 - 14 Yanvar 2022

Bağçada azyaşlıya şiddət göstərən təbiyəçi kimdir? - Polis onu təhqiqata cəlb etdi (VİDEO)

"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".

Manset.az xəbər verir ki, bunu  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Həmin şəxs ailəlidir, 2 övladı var.

"Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək", - DİN rəsmisi vurğulayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin