Bakıda torpaq bahalaşdı - Bu ərazidə 1 sot 300 min manatdır (VİDEO)

07:42 - 14 Yanvar 2022

Bakıda torpaq bahalaşdı - Bu ərazidə 1 sot 300 min manatdır (VİDEO)

Dekabr ayının sonu, yanvar ayının əvvəlində Bakıda bir sot torpağın orta qiyməti 18 800 manata yaxın olub ki, bu da ötən ayla müqayisədə 7 faizə qədər artım deməkdir.

Manset.az-ın məlumatına görə, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, şəhərin mərkəzi ərazilərində satışa çıxarılan torpaq sahəsinə nadir hallarda rast gəlinir və bu, satılan torpağın qiymətinin artmasına səbəb olur. Hətta elə hallar olur ki, belə torpaqların satışı sotla deyil, kvadratmetrlə qimətləndirilir. Lakin buna baxmayaraq, satış qiyməti ucuz olan torpaq sahələri də var.

Ekspert onu da bildirib ki, torpaq sahəsinin qiyməti  bazar qiymətindən və torpaq sahibindən əlavə olaraq torpaq sahəsinin təyinatı, quruluşu və ərazisi də mühüm rol oynayır. Dekabr ayının sonuna olan statistik rəqəmlər göstərir ki, ən ucuz torpaq sahəsi Abşeron rayonu, Məhəmmədi qəsəbəsindədir. Burada 1 sotun qiyməti 1000 manata təklif olunub. Ən baha torpaq sahəsi isə Nərimanov rayonundadır. rayon ərazisində 1 sot torpağın qiyməti 300 min manata təklif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin