Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Marsel" klubu yeni transfer edi
Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi konqolu hücumçu Sedrik Bakambu ilə 2.5 illik müqavilə imzalayıb.
Son olaraq Çinin "Beytszin Qoan" klubunda çıxış edən 31 yaşlı futbolçu 87 oyunda 58 qol vurub, 21 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə fevralın 17-də səfərdə, fevralın 24-də isə Bakıda qarşılaşacaq.