ABŞ-ın İraqdakı səfirliyi atəşə tutuldu

23:00 - 13 Yanvar 2022

ABŞ-ın İraqdakı səfirliyi atəşə tutuldu

ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub.

Manşet.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, diplomatik missiyanın binasına iki mərmi atılıb. Hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilir.

ABŞ səfirliyi Bağdadın mərkəzində güclü mühafizə olunan "yaşıl zona"da yerləşir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin