Ağstafada yol qəzasında iki nəfər xəsarət ALDI

22:47 - 13 Yanvar 2022

Ağstafada yol qəzasında iki nəfər xəsarət ALDI

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü X.Əsgərov və 1987-ci il təvəllüdlü B.Mansırova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin