Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
20:49 - 13 Yanvar 2022
"Xəyanət çox ağır kəlimədir. Sənə xəyanət edən insanı bağışlayırsan, amma qucaqlaya bilmirsən. Xəyanət sənin qollarını kəsir".
Manşet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Günün sədası" proqramında deyib. Xəyanətdən danışan aktrisa bunla bağlı sualları cavablandırıb:
"Xəyanət edən bir də edəcək. Desəm ki, xəyanət edən olub, yanlış olar. Desəm ki, olmayıb, yenə yanlış olacaq. Beyninə bir proqram yerləşdirmişəm, onunla hərəkət edir və həyatımı yaşayıram. Mənə olunan hər hansı pis hərəkət, davranış illər boyu proqramlaşdırıram, unuduram. Onla yaşamaq istəmirəm. Xəyanət edən və olunan beynimdən silinir. İndi desəniz nə formada xəyanət edilib, tapıb deyə bilməyəcəm".
D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevdən danışıb. "Oqtay çox rahat, insanı anlayan biridir. Amma bir az emosiyanaldır. Onda qiymətləndirdiyim keyfiyyət onun kömək etmək istəyi, niyyətidir. Böyük arxa-dayaqdır. Bu qədər ailə həyatımızda bir-birimizə qısqanclıqa gəlməmişik. Evimizin müzakirə mövzusu deyil" deyə, D.Əliyeva bildirib.
"Varlı aktrisasınız" sualına Dilarə "Azərbaycan reallığında bir aktrisanın öz sənətində nə qədər varlanması mümkündürsə, bəli, gördüyüm işin qarşılığını ala bilirəm. Oradan 1 milyon da alsam, 1 manat da almasam həmin səviyyədə iş görəcəm" cavabını verib.
D.Əliyevanın həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev də aktrisa ilə bağlı açıqlama verib. "Elə bir xasiyyəti yoxdur ki, dözəm. Yolagedən insandır. Niyə yaşlanmır? Mən get-gedə qocalıram, o cavanlaşır" deyə, o, söyləyib.
(Axsam.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin