Azərbaycanda oğul 66 yaşlı anasını Baltaladı

18:08 - 13 Yanvar 2022

Azərbaycanda oğul 66 yaşlı anasını Baltaladı

Xaçmazda oğul 66 yaşlı anasını baltalayıb.

Manşet.az report-a istinadən xəbər verir ki, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.

Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin