"Qarabağ" Leandro Andradeni transfer etdi

11:29 - 13 Yanvar 2022

“Qarabağ” klubu növbəti transferini açıqlayıb.

Manset.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade komandada 15 nömrəli formada çıxış edəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin