Delta və Omikron laboratoriya xətasından yaranmış ola bilər - ÜST eksperti

19:51 - 11 Yanvar 2022

Delta və Omikron laboratoriya xətasından yaranmış ola bilər - ÜST eksperti

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove, “Delta” və “Omikron” koronavirus ştammlarının iddia edilən hibridinin laboratoriya səhvi nəticəsində yarana biləcəyini elan edib.

Manşet.az xəbər verir i, bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.
“Deltakron ştammının sekvensiya zamanı çirklənmə nəticəsində əmələ gəlməsi ehtimalı yüksəkdir”, - deyə o, bildirib.

Mütəxəssis həmçinin müxtəlif virusların eyni vaxtda dövranını ifadə etmək üçün “Deltakron”, “Flurona” və ya “Flurone” kimi terminlərdən istifadə etməməyi xahiş edib. Onun sözlərinə görə, bu ifadələr virusların və ya ştammların birləşməsini göstərir, halbuki bu baş vermir.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin