COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir - Qadağa qüvvəyə mindi
1 Noyabr 2024
18:26 - 11 Yanvar 2022
Rusiyanın Buryatiya Respublikasında nodulyar dermatit, Portuqaliya Respublikasının Santaren dairəsində, Polşanın Nijnesilezsk inzibati ərazisində, Çex Respublikasının Yihomoravsk diyarında, Bolqarıstanın Haskovo və Staro-Zaqora vilayətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Manşet.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiyanın Buryatiya Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən Portuqaliyanın Santaren dairəsindən, Polşanın Nijnesilezsk inzibati ərazisindən, Çex Respublikasının Yihomoravsk diyarından, Bolqarıstanın Haskovo və Staro-Zaqora vilayətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın Buryatiya Respublikasından, Portuqaliyadan, Polşadan, Çex Respublikasından və Bolqarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin