Deputat Tarif Şurasının ləğv edilməsini TƏKLİF ETDİ - VİDEO

12:54 - 2 İyul 2021

Deputat Tarif Şurasının ləğv edilməsini TƏKLİF ETDİ - VİDEO

“Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır, əsaslandırmalar da tutarlı deyil”.

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.Deputat bildirib ki, hökumət dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrıldığın, onların isə səmərəli işləmədiyini açıq şəkildə deməlidir: “Dövlət müəssislərin götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəməli olacaq. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Məhz, ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur.

Xalq gözünü SOCAR-a dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı? Bəlkə var, mən bilmirəm. AZAL büdcə pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz isə basa-basa gedib Tiflisdən uçuruq”.

Deputat təklif edib ki, Tarif Şurası ləğv edilsin, səlahiyyətləri isə Parlamentə verilsin: “10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir”.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin