Ayan Babakişiyeva: "Ətrafımda LGBT nümayəndələri çoxdur" - VİDEO

17:57 - 11 Yanvar 2022

Ayan Babakişiyeva:

"Dost seçimlərim fərqlidir. Ətrafımda LGBT nümayəndələri çoxdur. Mən burada utanacaq, qorxacaq, ya da çəkinəcək heç bir şey görmürəm. Hər bir insan bir şəxsiyyətdir. O, öz oriyentasiyasını seçməkdə azaddır. Ona nə sən, nə mən, nə də bir başqası qarışa bilməz!"

Manşet.az xəbər verir ki, bu sözləri "MTV" kanalına açıqlamasında müğənni Ayan Babakişiyeva bildirib. Bir neçə gün əvvəl "Sev məni" adlı klipi ilə qalamaqal yaradaraq müzakirələrə səbəb olan sənətçi sözlərinə bunları da əlavə edib: 

"Vacib olan insanın özüdür. O, sənin çətin günlərində yanındadırsa, söhbət bitdi. Şərt o deyil ki, onun daxili və xarici fərqlidir. Bu, mənim üçün fərq etmir!"


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin