"Lotu Quli"nin ölümünə görə Lənkəranskinin 12 adamına cinayət işi açıldı - Qatil yanına sızdırılıbmış (ŞOK DETALLAR)

11:07 - 11 Yanvar 2022

20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun "Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin adamları tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq işi başa çatdırılıb.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakırköy Respublika Prokurorluğunun hazırladığı ittiham aktı açıqlanıb. 

Bildirilib ki, 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin qisasını almaq üçün adamları Türkiyədə Nadir Səlifovu addım-addım izləyirmiş. Nadir Səlifova qarşı sui-qəsd cəhdi baş tutmadıqda, əvvəlkindən çox fərqli taktika tətbiq edilib. 

Belə ki, onlar özlərinin Xaqan Zeynalov adlı adamını Səlifovun yanına sızdırıblar. Qrupun planı Canıyevin öldürüldüyü tarixdə - avqustun 18-19-da Səlifovu öldürmək olub. Lakin bu plan bir qədər alt-üst olub. Zeynalov 2020-ci il avqustun 20-nə keçən gecə Antalyada mehmanxanada nahar edərkən Səlifovu başından odlu silahla atəş açaraq qətlə yetirib.

Daha sonra onu gözləyən avtomobillə hadisə yerindən qaçıb. Lakin Zeynalov və sürücüsü İstanbula çatmamış Dənizlidə yaxalanıb.  

Səlifovu qətlə yetirən Zeynalovla birlikdə ümumilikdə 12 nəfərə qarşı "cinayətkar təşkilat yaratmaq” və "qəsdən adam öldürmək” maddələri ilə cinayət işi qaldırılıb. Artıq onlardan bir neçə nəfəri saxlanılaraq, həbs olunub.  

Qeyd edək ki, 2016-cı ildə Beşiktaşda öldürülən Rövşən Canıyevin doğulduğu Lənkəran rayonunda dəfn edilib. Ona böyük məqbərə tikilib və heykəli ucaldılıb. Ondan düz 4 il sonra öldürülən Nadir Səlifov İstanbul Büyükçekmecedə dəfn edilib. Səlifov üçün ailəsi Böyükçekmece qəbiristanlığında böyük bir abidə tikdirərək, büstü qoyub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin